Azərbaycanın xaricə satdığı spirtli içkilərin həcmi azalıb

Azərbaycanın xaricə satdığı spirtli içkilərin həcmi azalıb


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi dinamika müşahidə edilib

Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2015-ci ilin yanvar-iyul aylarında 13 976,04 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 6 675,15 min dollar, yaxud 32,32% azdır. Bu ilin 7 ayında spirtli və spirtsiz içkilər ümumi ixracın 1,67%-ni təşkil edib. Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 31 311,12 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 10 906,77 min dollar, yaxud 25,84% azdır. Nəticədə bu məhsulların ölkənin ümumi idxalında payı 0,59% təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...