Yolda qalmayasınız deyə bunu mütləq oxuyun LƏĞV EDİLƏN MARŞRUTLAR

Yolda qalmayasınız deyə bunu mütləq oxuyun

Paytaxtın sərnişin nəqliyyatı sistemində bəzi dəyişikliklər edilib. Bunu Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, verilmiş qərara əsasən bəzi avtobus marşrutları digəri ilə əvəzlənib, bəziləri isə ümumiyyətlə ləğv olunub: “14 nömrəli marşrut 24 saylı, 90 saylı maşrut 83 saylı, 86 saylı marşrut isə 29 saylı avtobus marşrutu ilə əvəz olunub. 20, 188, 53 saylı avtobus marşrutları isə ümumiyyətlə ləğv olunub. 124 saylı avtobus marşrutu “20-ci sahə”yə qədər uzadılıb. 193 və 2 saylı saylı avtobus marşrutlarının şəhərin mərkəzində hərəkətinə qadağa qoyulub. 70 saylı avtobusun istiqaməti dəyişdirilib. 95 saylı marşrut xəttinin hərəkət istiqaməti isə metronun “Xətai” stansiyasının yaxınlığınadək qısaldılıb. 120 saylı marşruta yeni avtobuslar buraxılıb”.

N.Həsənov qeyd edib ki, dəyişikliklər Avropa Oyunları ilə müəyyən qədər əlaqəli olsa da, ümumilikdə paytaxtın sərnişin nəqliyyatı sistemində aparılan təkmilləşdirmə prosesinin tərkib hissəsidir: “Təkmilləşmə proqramı çərçivəsində bu proses bundan sonra da davam etdiriləcək. Ola bilsin ki, Avropa Oyunları ilə bağlı Ziya Bünyadov və Heydər Əliyev prospektlərində, eləcə də Beynəlxalq Avtovağzal istiqamətindəki avtobus marşrutlarında dəyişikliklər olsun. Bundan əlavə, Avropa Oyunları ilə bağlı xüsusi xəritələrimiz var. Avropa Oyunları ilə əlaqədar alternativ marşrutu olan avtobus xətlərinin də hərəkət qrafiki dəyişdiriləcək. Dəyişikliklər olduqca bu barədə əhaliyə məlumat veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...