Tovuz gömrükxanasında damazlıq davası - Qalmaqal

Tovuz gömrükxanasında damazlıq davası -

1 mayda “qafqaznews.org” saytında “Sahibkarlar gömrük məmurlarından şikayət edir” başlıqlı məqalə dərc olunmuşdu.

Məqalə MİTİ şirkətinin nümayəndəsinin saytımıza müraciətindən bəhs edirdi. Şirkətin nümayəndəsinin sözlərinə görə, damazlıq üçün ölkəmizə iribuynuzlu mal-qara gətirmək istəyirlər: “ Mövcud qanunvericiliyə görə, damazlıq məqsədilə ölkəyə idxal olunan mal-qara dövlət rüsumundan azaddır. Ancaq bizdən dövlət rüsumu tələb edirlər. Gömrük əməkdaşları bizə deyir ki, iribuynuzlu mal-qaranın ölkəyə gətirilməsinə Tovuz gömrüyünün rəisi Mehman Sadıqov qadağa qoyub”.
Tovuz Gömrük idarəsinin maliyyə şöbəsinin müdiri Pərviz Rəhimov müxbirimizlə söhbətində MİTİ şirkətinin damazlıq üçün iribuynuzlu mal-qara idxal etdiyini təsdiq etdi: “ Bu şirkət 10 gün əvvəl ölkəyə iribuynuzlu mal-qara gətirib. Heç kim onlardan gömrük rüsumu tələb etmir. Onlar gömrük baxışı olmadan mal-qara gətiriblər. Eyni zamanda mal-qara baytarlıq müayinəsindən keçməlidir. Həm də aydınlaşdırmaq lazımdır ki, həqiqətənmi, mal-qara damazlıq məqsədilə gətirilib”.

Dövlət Gömrük Komitəsinin “Qaynar Xətt”inin əməkdaşı Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, mövcud qanunvericiliyə görə, idxal olunan mal-qara ölkəyə daxil olan kimi baytarlıq müayinəsindən keçməlidir.

Tovuz gömrüyünün ümumi şöbəsinin müdiri Vüqar ( soyadını demədi ) isə müxbirimizə bildirib ki, idxal olunan istənilən məhsul ölkəyə daxil olan kimi baxışdan keçməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...