Müsavatdakı istefalara YAP-dan reaksiya

Müsavatdakı istefalara YAP-dan reaksiya

“Müsavat Partiyasında anti-demokratik sistem var. Orada azad sözə, azad fikrə qarşı mübarizə gedir”

Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov son günlər Müsavat Partiyasında baş verən istefalara münasibət bildirərkən deyib.

“Müsavatda kim azad fikir səsləndirirsə, dərhal onu partiya sıralarından xaric edirlər, yaxud da rəhbər orqanlara seçmirlər. Bu da onların anti-demokratik və qanunsuz qurultayları ilə bağlıdır. Bütün bu etirazlar Müsavatda vəziyyətin kəskin olduğunu göstərir. Müsavatda narazılar seçkinin Arif Hacılının saxtakarlığı ilə keçirildiyini deyir. Bu baxımdan partiyanın hazırkı rəhbərliyi legitim deyil”.

Qeyd edək ki, Vurğun Əyyubun Müsavatdan çıxarılmasından sonra partiyanın bir neçə funksioneri istefa verib. Hazırda Müsavat ətrafında qalmaqal səngimək bilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...