"Çörək almağa pulları da yox idi..." - Dilqəmin qardaşı

"Çörək almağa pulları da yox idi..." -


Xəbər verdiyimiz kimi, ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Rusiyaya köçüb. Qohumlarının bildirdiyinə görə, Kürdoğlu Əsgərov işsiz qaldığı üçün belə bir addım atıb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Dilqəm Əsgərovun oğlu Moskvada taksi fəaliyyəti ilə məşğul olur. “Kürdoğlu ilə tez-tez danışıram. O, Moskvada taksi sürür. Qazandığı pulla ailəsini saxlayır. Atasından da heç bir xəbəri yoxdur. Xeyli vaxtdır ki, ondan məktub almırıq. Həm qardaşıma, həm də onun oğluna görə çox narahatam”,-deyə girovun qardaşı Sahib Musayev AzVision.az-a bildirib.

Qardaşının sözlərinə görə, Dilqəmin ailəsi çətinliklə dolanır, maddi cəhətdən sıxıntı içindədir. “Kürdoğlu yazıq nə etsin, burada olanda çörək almağa pulu da yox idi. Ailəsi acından öləsi deyildi ki? O atası kimi mərd oğlandır. Kasıbçılığın üzü qara olsun, çörək dalınca evindən didərgin düşüb getdi, yad ölkəyə”. Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...