Yoxlamaların dayandırılması layihəsi sabah müzakirəyə çıxarılır Milli Məclis toplanır

Yoxlamaların dayandırılması layihəsi sabah müzakirəyə çıxarılır


Prezident İlham Əliyev tərəfindən sahibkarlıq fəaliyyətində yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı Milli Məclisə göndərilən sənəd parlamentə daxil olub.

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək IV çağırışdakı son iclasında müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə ümumən 34 məsələ daxildir.

Dörd maddədən ibarət qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərtilə 2 il müddətinə nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 051 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...