Rauf Mirqədirovun cinayət işi məhkəməyə göndərildi

Rauf Mirqədirovun cinayət işi məhkəməyə göndərildi

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar artıq məhkəməyə göndərilib. Vəkil Fuad Ağayevin virtualaz.org saytına verdiyi məlumata görə, cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Rauf Mirqədirov keçən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Mirqədirov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra Mirqədirov barədəki həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...