Qış fəsli soyuq olacaqmı?

Qış fəsli soyuq olacaqmı?


Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə 2015-206-cı ilin qış fəslinin kəskin soyuq keçəcəyi barədə söylənilən məlumatlara aydınlıq gətirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ABŞ-ın Milli Okean və Atmosfer Agentliyinin (NOAA) yaydığı bu məlumatlar dünyanın şimal bölgələrinə aiddir.

A.Verdiyev deyib ki, mövsüm proqnozları çoxillik iqlim göstəriciləri və çoxsaylı meteoroloji müşahidə məlumatlarının dinamik və riyazi modellərlə kompleks analizi əsasında hazırlanır. Bu proqnozların tərtibi Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə (WMO) yüksək texnologiyalarla təchiz olunmuş 5 İqlim Mərkəzində həyata keçirilir. Bu İqlim mərkəzləri Asiya və Sakit Okean İqtisadi Birlyi Ölkələrinin İqlim Mərkəzi (APCC-Koreya), Avropa İqlim Mərkəzi (ECMWF), ABŞ-ın İqlim və Cəmiyyətin Problemləri üzrə Beynəlxalq Elmi Araşdırma İnstitutu (İRİ), METEO-France və multi-model sistemi ilə uzunmüddətli proqnozların tərtibi ilə məşğul olan ÜMT-nın (WMO) aparıcı mərkəzidir. Mövsüm proqnozları bu mərkəzlərdə fərqli rəqəmli hidrodinamik modellər vasitəsilə işlənildikdən sonra ÜMT-nin (WMO) dəstəyi ilə təşkil olunmuş forumlarda ekspertlər tərəfindən analiz olunur və istifadəçi ölkələr arasında yayımlanır.

Həmin forumun noyabr ayında keçiriləcəyini deyən A.Verdiyev yalnız həmin forumlar bitdikdən sonra Azərbaycanda qış fəsli proqnozunun verilməsinin mümkün olacağını, buna görə də hazırda səslənən fikirlərin əsassız olduğunu söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...