Şamaxıda 41 min insanın içməli su təchizarı yaxşılaşdırılır - FOTOLAR

Şamaxıda 41 min insanın içməli su təchizarı yaxşılaşdırılır -


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərin böyük hissəsi yekunlaşmışdır.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə “Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmaqla 3 mərhələdə həyata keçirlir.

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində çayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları, ümumi həcmi 1000 kubmetr olan 2 ədəd su anbarı, 3 ədəd su nasos stansiyası tikilmişdir. Layihə çərçivəsində su mənbəyindən anbarlara qədər 3,4 km özüaxımlı magistral və anbarlararası kəmərlər çəkilmiş və laboratoriya binası inşa edilmişdir.

Layihənin ikinci mərhələsində Şamaxı şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilmişdir. Su təchizatının dayanıqlığını və özüaxımlı rejimdə nəqlini təmin etmək üçün ümumi tutumu 7 min kubmetr olan 4 ədəd anbar inşa edilmişdir. Şəhər üzrə layihələndirilmiş 131 km içməli su şəbəkənin 125 km-lik hissəsində işlər başa çatdırılmış, 7 minə yaxın ünvana birləşmə verilmişdir. Eyni zamanda 130 km kanalizasiya şəbəkəsinin 114 km-lik hissəsində işlər yekunlaşmış, şəbəkə üzərində 2692 ədəd kanalizasiya baxış quyusu inşa edilmişdir. Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4100 ünvan qoşulmuşdur.

Şamaxı şəhərində yaranacaq tullantı suların təmizlənməsi layihənin sonuncu mərhələsi çərçivəsində hazırda inşası davam etdirilən və sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyci qurğuda həyata keçiriləcəkdir.


Şamaxıda 41 min insanın içməli su təchizarı yaxşılaşdırılır -
Şamaxıda 41 min insanın içməli su təchizarı yaxşılaşdırılır -
Şamaxıda 41 min insanın içməli su təchizarı yaxşılaşdırılır -
Şamaxıda 41 min insanın içməli su təchizarı yaxşılaşdırılır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...