"Peyvəndə ehtiyac yoxdur"- Baş epidemioloq

"Peyvəndə ehtiyac yoxdur"-


Mən bir mütəxəssis kimi Azərbaycanda qripə qarşı peyvəndin aparılmasına lüzum görmürəm. Ölkəmizdə buna ehtiyac yoxdur.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.Səhiyyə Nazirliyi tərəfindən əhalinin qripə qarşı peyvənd edilməsi üçün xarici ölkələrdən peyvənd alınmadığını deyən baş mütəxəssis dünyanın ən inkişaf etmiş ölkələrində də əhalinin qripə qarşı peyvənd edilmədiyini söyləyib.

İ.Ağayev Azərbaycanda qripə qarşı peyvəndin aparılmasına lüzum görməməsinin səbəbini qripin bütün dünyada rast gəlinən mövsümi xəstəlik olması, Azərbaycanda da bununla bağlı təhlükənin olmaması ilə izah edib.Onun sözlərinə görə, əgər belə bir təhlükə olsaydı, dövlət tərəfindən ona qarşı tədbir də görülərdi.İ.Ağayev bildirib ki, Azərbaycanda istənilən şəxs özəl klinikalarda könüllü olaraq, qripə qarşı peyvənd oluna bilər.

Amma Səhiyyə Nazirliyinin baş epidemioloqu belə hesab edir ki, peyvənd insanı müəyyən mənada qripdən qoruya bilsə də, müəyyən vaxtdan sonra yenidən təkrar xəstələnmə halı baş verəcək:"Qripə adətən, şəxsi gigiyena qaydalarına əməl etməyən, soyuq havada geyiminə fikir verməyən, eyni zamanda müəyyən qədər şəraitsiz evdə yaşayan insan yoluxur. Hər il dünyada yüz minlərlə insan dünyasını dəyişir. O insanlar tələf olurlar ki, onlar müalicə olunmurlar, səhhətlərinə diqqət yetirmirlər, həkimə gec müraciət edirlər. Zökəmə tutulanların müalicə olunmaması da həmin insanlarda qripə yol açır".

İ.Ağayev qeyd edib ki, bütün dünyada qripdən ölənlər var: "Amma Azərbaycanda indiyədək nə qrip epidemiyası, nə də pandemiyası baş verıb. Buna görə də Azərbaycanda qripdən ölüm halı olmayıb".

- See more at: http://islaminsesi.org/index.php/xeber-arxivv/item/48785-bash-epidemiolog-peyvaendae-ehtiyadz-yokhdur#sthash.3iB12iWD.dpuf



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 029 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...