Müğənni Səidə Sultanın prodüseri öldürüldü
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində, 523-cü məhəllədə baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi və rayon prokurorluğuna məlumat verilib. 26-cı PB-si əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü “isti izlərlə” açmaq mümkün olub.
Başqa söslə, cinayəti törətməkdə şübhəli bilinən Səbayel rayon sakinləri - Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim ediliblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Hadisənin təfərrüatları istintaq araşdırmalarından sonra məlum olacaq.
Qeyd edək ki, qətlə yetirilən H.Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.
Müğənni Səidə Sultan sayta açıqlamasında Hamlet Cahangirovun 2014-cü ilin iyun ayından bu ilin mart ayına qədər onun prodüseri işlədiyini bildirib: “İki ay əvvəl özü prodüserlikdən çıxdı. Sonra mənə zəng vurub dedi ki, yenə işləmək istəyirəm. Mən də dedim ki, artıq başqa adamla işləyirəm. Lakin bu günlərdə konsertlə bağlı görüşəcəkdim, belə hadisə baş verdi...”
1 657 dəfə oxundu