Ekspertdən dolları olanlara mühüm xəbərdarlıq
Hazırda dünyada dolların bahalaşmasında əsas səbəb Amerika iqtisadiyyatında son günlər açıqlanan müsbət dinamika, xüsusilə də işsizliklə bağlı göstəriciləringözlənildiyindənyüksək olması, eyni zamanda, FED-in dekabrda uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalları yüksək tutmasıdır.
Bunu Axar.az-a açıqlamasında dolların sürətlə bahalaşması barədə danışarkən iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, bir çox maliyyə institutu vəinvestorhələ də FED-inbu il ərzində uçot dərəcəsini artırmasını gözləyir:
“Bu baş verməsə, FED dünya birjalarında etibarını itirə bilər. Məhz bu kimi yanaşmalar dolların dünya valyutalarına qarşı sürətləbahalaşmasına səbəb olur. Bu, Azərbaycan iqtisadiyyatına və manatın məzənnəsinə də öz təsirini göstərir. 2015-ci ilin əvvəlindən etibarən iki əsas valyuta-dollar və avronun təmsil olunduğu səbətdən istifadə olunur. Azərbaycanın əsas neft ixracatçısı olması və neftin də dünya bazarında dollarla satılması səbəbindən, böyük ehtimalla, dolların həcmi kifayət qədər çoxdur. Ancaq avronun məzənnə itirməsi manata mənfi təsir göstərir. Əgər FED dekabrda uçot dərəcəsini artırarsa, bu, dünya bazarlarında dolların daha da bahalaşmasına səbəb olacaq. Bu da manata qarşı növbəti təzyiq dalğasını formalaşdıra bilər. Birjalarda dolların qalxma ehtimalı artdıqca sahibkar və idxalçılar daha aşağı qiymətlə dollar almağa cəhd göstərirlər. Bu səbəbdən də hazırda daxili bazarda dollara tələbatda artım müşahidə edilir”.
Ekspert hesab edir ki, hazırda manatın üzən valyuta sisteminə keçidi ilə bağlı rəsmi qərar olmadan hansısa formada daha yüksək rəsmi məzənnə müəyyən edilməyəcək:
“Belə olan şəraitdə isə yerli qanunvericiliyə uyğun olaraq valyuta dəyişmə məntəqələrinin valyutanı 2 faizdən baha qiymətə dəyişmək ixtiyarı yoxdur. Əllərində dolları olanlar valyutanısaxlama qərarı verərlərsə, bu, qıtlığa gətirib çıxara bilər. Ancaq indinin özündə rəsmi qərar qəbul edilmədən ciddi məzənnə dəyişikliyindən söhbət gedə bilməz. Təxminən növbəti 1 ay ərzində dolların manata qarşı 2-2.5 faiz arasında möhkəmlənməsi ehtimalı var”.
1 136 dəfə oxundu