NİKOYL BANK TƏKZİB ETDİ - "heç bir çatışmamazlıq yoxdur"

NİKOYL BANK TƏKZİB ETDİ -


Bu gün saytımızda ""Nikoyl Bank" çökür" başlıqlı yazıya adıçəkilən bankdan cavab daxil olub. Bankın yolladığı açıqlama belədir:

14 noyabr 2015 –ci il tarixində saytlarınızda ““Nikoil” bank iflasın astanasında: Müştərilər pullarını istəyir, bankın isə pulu yoxdur...” adı altında dərc olunan yazıya cavab olaraq bildirmək istəyirik ki, dünyada iqtisadiyyatında baş verən böhrana baxmayaraq ölkə rəhbəri Cənab İlham Əliyevin Respublikada keçirdiyi düzgün islahatlarla bağlı olaraq ölkə iqtisadiyyatında böhran hiss olunmamış və bu sahə dinamik tempi ilə inkişaf edir.

Bunun bariz nümunəsi olaraq qeyd edı bilərik ki, Nikoyl Bank ölkənin bank sektorunda öz stabil inkişafını qoruyub saxlayır və deyilənlərin əksinə olaraq ildən ilə inkişaf strategiyası qurur. Nikoyl Bankın nağd pul vəsaitləri ilə heç bir çatışmamazlığı yoxdur. İlin yekununa hazırlaşmaqla yanaşı Nikoyl Bank növbəti illər üçün strateji inkişaf yolunda öz fəaliyyətini uğurla qurmaqda davam edir. Nikoyl Bank müştəri itkisi ilə deyil əksinə ölkədən və xarici ölkə vətəndaşlarından depozitlər qəbul edir və bütün bank xidmətlərini müştərilərə göstərilməsində heç bir məhdudiyyət müşahidə olunmur.

Əlavə olaraq bildiririk ki, sözügedən yazılar ölkədə iqtisadi inkişafı ləkələmək və əhalidə əsassız ajiotajın yaradılması, eləcədə Bankın işgüzar nüfuzuna xələl yetirmək xarakteri daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq heç bir hüquqi əsası olmayan yazının təkzib olunmasını Sizdən xahiş edirik və məsələ müsbət həll olunmadığı tədqirdə əsassız yazı nəticəsində vurulan zərər maddi və mənəvi təbləblə hüquq müstəvisində mübahisələndiriləcəkdir.
Öncədən təşəkkür edirik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 084 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...