Azərbaycanda dolların bahalaşması davam edir

Azərbaycanda dolların bahalaşması davam edir


Bu gün noyabrın 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 16-sı ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0509 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,006 manat və ya 0,53% azalaraq 1,1202 manata enib. Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,91% artaraq 0,0160 manat səviyyəsində qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...