MSK seçkilərlə bağlı son müraciətlərə baxıb

MSK seçkilərlə bağlı son müraciətlərə baxıb


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də V çağırış Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş son müraciətə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Ramiz İbrahimov deyib ki, 69 saylı Cəlilabad-Masallı-Bilasuvar Seçki Dairəsində deputatlığa namizədliyi qeydə alınmış və namizədliyi ADP tərəfindən irəli sürülmüş Daşqın Nuriyev, Elçin Axundzadə və digərləri müraciət edərək bu dairədə seçkinin nəticələrinin ləğv edilməsini istəyiblər.

Şikayətdə səsvermə günü pozuntulara yol verildiyi iddia olunub. MSK-nın apardığı araşdırma nəticəsində bu dairədə 9 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv olunub.

Qeyd edək ki, 69 saylı Cəlilabad-Masallı-Bilasuvar Seçki Dairəsində lider namizəd VHP tərəfindən namizədliyi irəli sürülmüş Fəzail İbrahimlidir. MSK-nın bu qərarından sonra lider namizəd dəyişməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...