Dünya Bankı Azərbaycanı Almaniya və Fransadan önə çəkdi RENKİNQ

Dünya Bankı Azərbaycanı Almaniya və Fransadan önə çəkdi


Dünya Bankı və PwC Beynəlxalq Auditor Şirkəti noyabrın 23-də «Paying Taxes 2016» renkinqini açıqlayıb. "Turan" bildirir ki, ona əsasən, Azərbaycan vergi ödənişinin asanlığına görə 189 ölkə arasında 34-cü yerdədir. Renkinqə görə, Azərbaycanda ümumi vergi yükü sahibkarların xərclərinin 39,8%-ni təşkil edir, vergi ödəmək üçün tələb olunan vaxt 195 gündür. Sahibkarlar 7 növ vergi ödəyir.

DB və PwC versiyasına görə, Azərbaycan vergi ödənişinin asanlığına görə Fransa (87-ci yer), Almaniya (72), Yunanıstan (66) və s. kimi ölkələri qabaqlayır. İtaliya (137) və Yaponiya (121) vergi ödəyiciləri üçün əlverişli sayılmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...