Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ixtisarlar barədə xəbəri təsdiqləmir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və nazirliyin tabeliyindəki müəssisələrdə ciddi islahatlara start verilib. Mediada, sosial şəbəkələrdə yayılan məlumatlara görə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadə bir sıra şöbə rəhbərləri, mərkəz müdiri və digər işçilərin vəzifələrindən azad edilmələri ilə bağlı ərizələrini alıb.
Strateq.az-ın məlumatına görə, onların arasında aparat rəhbərinin müavini, sabiq təhsil naziri Misir Mərdanovun qardaşı İlham Mərdanov, Prezident Administrasiyasının sabiq şöbə rəisi, hazırda nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin rəisi Elnur Aslanov, İnfrastrukturun inkişafı şöbəsinin rəisi, mərhum Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılov kimi tanınmışların, həmçinin ölkədə nüfuz sahibi olan digər yüksək çinli vəzifəli şəxslərin yaxın qohumlarının adları da var.
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov Modern.az-a açıqlamasında bu məlumatı təkzib edib. O bildirib ki, nazirliklə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və heç kəs işdən çıxarılmayıb.
“Heç kim işdən çıxarılmayıb. Yayılan məlumatlar əsassızdır”.
2 368 dəfə oxundu