Dərs buraxan şagirdlərin valideynləri 100 manat cərimələnəcək qanun qəbul olundu

Dərs buraxan şagirdlərin valideynləri 100 manat cərimələnəcək


Azərbaycanda orta məktəblərdə dərs buraxan şagirdlərin valideynləri 100 manat cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik bu gün Milli Məclis tərəfindən qəbul edilib. Yeni dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən artıq dərs buraxan şagirdin valideyni 100 manat həcmində cərimələnəcək.

Bununla belə, deputat Elmira Axundova məktəblərdə cərimələrin tətbiq edilməsini məqsədəuyğun hesab etməyib: "İlk növbədə, məktəblərdə şagirdlərin dərsləri buraxmasının səbəbləri ilə mübarizə aparmaq lazımdır. Cərimələrin tətbiq edilməsi çoxsaylı mənfi faktlara və məktəblərdə faktiki ticarətə səbəb ola bilər" ("Trend").



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 006 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...