“Son dəfə zəng edəndə dedi ki, qayıtmasam, məni bağışla” İtkin düşən neftçinin həyat yoldaşı

 “Son dəfə zəng edəndə dedi ki, qayıtmasam, məni bağışla”


“Son dəfə zəng edəndə dedi ki, uşaqlardan muğayat ol, bəlkə qayıtmadım. Qayıtmasam məni bağışla”. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu “Günəşli” neft yatağında baş verən yanğında itkin düşən 29 neftçidən biri - Şirvan şəhər sakini Bayram Mirzəağa oğlu Qasımovun həyat yoldaşı Ülkər Qasımova deyib.

Valideynlərini bir müddət əvvəl itirən Bayram ailənin yeganə övladı olub. 37 yaşlı Bayram ayın 15 gününü dənizdə işləyib. 3 övlad atası olub. Böyük oğlu Məmmədağanın 15, ortancıl oğlu Nurlanın 11 və sonbeşikləri olan qızı Məleykənin isə 6 yaşı var.

Qəza anında həyata yoldaşı Ülkər xanıma zəng edib: “Dedi ki, xilasedici qayığa minirik, burda yanğın baş verib, xilas olmağa çalışırıq, qayıtmasam, uşaqlardan muğayat ol, məni bağışla. Xilasedici qayığa minən anda nə baş verdisə, sözü yarımçıq qaldı. Qışqırıqdan sonra səs kəsildi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...