Gömrükdə, polisdə və prokurorluqda işləmək istəyənlərin DİQQƏTİNƏ

Gömrükdə, polisdə və prokurorluqda işləmək istəyənlərin


Azərbaycanda bir sıra qurumların işçilərinin attestasiyası zamanı onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna, “Gömrük orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də əlavələrdə öz əksini tapıb.

Belə ki, daxili işlər, gömrük və prokurorluq orqanları işçilərinin attestasiyası zamanı onların siyasi baxışlarına və etiqadlarına görə qiymət verilməsi qadağan olunacaq. Eyni zamanda attestasiya zamanı həmin qurumların əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi də qadağan ediləcək.

Qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...