Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılacaq

Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılacaq


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq prezidenti Cahangir Hacıyevin həbsindən verilən apellyasiya şikayətinə baxılmasının vaxtı müəyyən edilib.

C.Hacıyevin vəkilinin Trend-ə verdiyi məlumata görə, apelyasiya şikayətinə dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Şikayətə hakim Qədim Babayevin sədrliyi ilə baxılacağı bildirilir. Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs edilib.

Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...