Ölkədə 150 mindən çox şagird dərslikdə Anarı axtarır - VİDEO
Azərbaycanda orta ümumtəhsil məktəblərin rus bölməsi üçün buraxılan riyaziyyat dərsliyində şagirdlər “Anarı axtarırlar”.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılır. Söhbət rus bölməsi üzrə 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan riyaziyyat dərsliyindən gedir.
Valideyn deyir ki, uşağı məsələni həll edə bilmək üçün onun şərtinə salınan obyekti axtarır, amma tapa bilmir:
“Mənim uşağım Anarı axtarır, tapa bilmir. Uşaqla birlikdə bu kitabı vərəqləmişik, amma Anarı tapa bilmirik. Bu kitabı yazanlar bunu gözübağlı yazır, içkili halda yazırlar? Necə olur ki, bu cür səhvlərlə dolu dərsliklər tədrisə buraxılır? Xahiş edirik, Anarı tapıb çıxarın”.
Əgər iddialar doğrudursa, bu, dərslik vəsaiti kimi istifadə edilirsə, sözügedən videonu çəkən şagirdlə yanaşı, daha 150 mindən çox şagird kitabda Anarı axtarır deməkdir...
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, yayılan məlumatlardakı vəsait dərslik deyil:
“Hər satılan vəsait dərslik deyil”.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alıb. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alıb.
Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir. 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.
624 dəfə oxundu