Hindistanın qərarı qızılın ucuzlaşmasına səbəb olur

Hindistanın qərarı qızılın ucuzlaşmasına səbəb olur
Dünyanın ən böyük qızıl idxalçılarından biri olan Hindistan qızıl idxalına görə vergi dərəcəsini 7,5 faizdən 12,5 faizə qaldırdığını açıqlayıb.

İnvestorların artan faizin qiymətli metala olan marağı azaldacağını hesab edirlər. Bununla əlaqədar olaraq qızılın ucuzlaşması sürətlənib.

Mərkəzi bankların inflyasiya ilə mübarizə çərçivəsində faiz dərəcələrini artırması nəticəsində qızıl son rübdə təxminən 7 faiz ucuzlaşıb.

Bakı vaxtı ilə saat 12:14-də qızılın unsiyası 0,7% ucuzlaşma ilə 1794 dollardan ticarət olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...