Ruslar Tovuzla sərhəddə nə etmək istəyirlər? - hərbi baza, yoxsa 50 nəfərlik qrup?
Xəbər verildiyi kimi, Rusiya Ermənistanda daha bir hərbi baza inşa etməyə hazırlaşır.
GUNDEMİNFO.AZ JAMAZ.İNFO-ya istinadla bildirir ki, rusların Azərbaycanla sərhəddə hərbi baza qurmaq fikrinə düşməsinin konkret səbəbi məlum deyil.
Erməni tərəfi bildirir ki, belə bir hərbi bazanın inşa edilməsi hələ 2012-ci ildə İrəvanla Moskva arasında əldə olunmuş razılığa əsasən həyata keçirilir. Belə ki, həmin müqaviləyə əsasən Ermənistan Rusiyaya hərbi baza yaratmaq üçün torpaq sahəsi ayırmalı idi. Bir neçə gün əvvəl isə Ermənistan parlamenti həmin müqavilənin şərtlərindən biri olan torpaq sahəsinin ayrılmasına dair sənədi ratifikasiya edib. Rəsmi məlumatlara görə, 3 oktaybr 2012-ci ildə imzalanmış müqaviləyə əlavə olaraq, 2 saylı Protokol da imzalanacaq.
Erməni ekspertləri bildirir ki, rusların Tovuz rayonu ilə sərhəddə hərbi baza yaratmaları iki məqsədə xidmət edir. Onların sözünə görə, bundan sonra Azərbaycan tərəfi həmin istiqamətdən heç bir hərbi əməliyyat həyata keçirə bilməyəcək. İkincisi isə Rusiya bununla öz mövcudluğunu ortaya qoyaraq, yeni birliyin yaradılması üçün zəmin hazırlayır.
Qeyd edək ki, yeni hərbi baza Yuxarı Əskipara və Ayqepar kəndlərinin yaxınlığında inşa edilir. Hazırda hər iki kənddə tikinti işlərinə start verilib. Həmin bazalardan biri isə Ayqepar kəndinin yaxınlığında yerləşən köhnə aerodromda salınır.
İlkin iddialara görə, ruslar bu bazalara 2000 əsgər cəlb edəcəklər. Lakin rəsmi qurumlar bu rəqəmin şişirdildiyini bildirirlər. Onlar qeyd ediblər ki, hər bazada 40-50 rus hərbçisi yerləşdiriləcək. Bunu aparılan tikintidən də görmək mümkün olduğunu söyləyirlər.
Yuxarı Əskipara kəndinin “meri” İşxan Ağbalyan mətbuata açıqlamasında deyib ki, 2000 nəfərlik heyətin bazada xidmət edəcəyi barədə deyilənlər yalandır. “Rəqəmlərdə şişirtmələr var. Ən yaxşı halda 40-50 rus hərbçisi bazada olacaq. Biz həmin tiklilərin hərbi baza olub, olmayacağını belə bilmirik”.
Ayqepar qəsəbəsinin rəhbəri Arkadi Yamukyan da deyib ki, bölgədə rus hərbi bazasının olub, olmayacağından xəbərsizdirlər. “Tikintini kim aparır, o da məlum deyil. Əgər hərbi baza olarsa, bu bizim üçün yaxşıdır. Düzdür, 2020-ci ilin noyabrından etibarən bu tərəflərdə atəşkəs pozulmayıb. Amma ruslar olarsa, daha rahat olarıq”.
Erməni hərbi ekspert Van Hambardzumyan isə hesab edir ki, Tovuzla sərhəddə yeni hərbi bazanın yaradılması müharibə təhlükəsinin qarşısını ala bilməz. “Müharibə ehtimalı böyükdür. Nəzərə alaq ki, Rusiyanın bölgədə təsirləri kəskin şəkildə azalıb. Azərbaycan isə bu fürsəti əldən verməyəcək”.
“Rusiyayanin təcili olaraq bu ərazilərdə hərbi baza qurmasının nə ehtiyac var” sualına cavab olaraq ekspert deyib ki, Moskva bölgədə nəzarətçi rolunu oynamaq istəyir. “Belə bir fakt var ki, Rusiya Abxaziya və Cənubi Osetiyadan qoşunlarını çıxararaq Ukraynaya döyüşə göndərir. İndiki şərtlər daxilində Rusiya Tavuşda yeni hərbi baza açırsa, bu, onun hələ də bölgədə olduğunu göstərir. Ola bilsin ki, o, nəzarətçi rolunu oynamağa çalışır”.
Van Hambardzumyan rusların problemli Sünik bölgəsində deyil, Tovuzda hərbi baza qurmalarını belə əsaslandırıb ki, Gümrüdəki 102-ci hərbi baza Türkiyə ilə sərhəddədir. “Amma həmin baza Azərbaycanla sərhəddə də nəzarət edir. Demək olar ki, ruslar bu bölgədəki müharibədən narahat deyillər. Əlvaə sarsıntıya da ehtiyac görmürlər. Hərbi bazanın yerləşdirilməsi bir siqnaldır ki, biz burada, KTMT üzvü ölkəyik, lakin bu, KTMT-nin bizə qarşı öz rolunu yerinə yetirməsi demək deyil. Çünki İşıqlı dağ və Qaragöl istiqamətində Azərbaycan ordusunun nəzarətində olan ərazilərimiz var”.
“İnsanlar özlərini müharibə təhlükəsindən sığortalanmış hiss edəcəklər” deyən hərbi ekspert qeyd edib ki, bazanın olmamasından olması yaxşıdır. “Lakin Ermənistan ayaqda qalmaq istəyirsə, ilk növbədə özünə güvənməlidir. Bu, qanundur. Cəmiyyət indi çox depressiyaya düşüb. Rusların təsiri, mövqeyi və gücü xeyli azalsa da, Azərbaycan və Türkiyə bununla hesablaşmalı olacaq”.
555 dəfə oxundu