“Günəşli” yatağında xəsarət alan neftçilərdən ikisi evə buraxılıb

“Günəşli” yatağında xəsarət alan neftçilərdən ikisi evə buraxılıb


SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 2 nəfəri evə buraxılıb.

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər-Məlahət Əliyeva və Heydər Abbasov səhhətlərində problem olmadığına görə bu gün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 13 neftçinin müalicəsi davam edir”. Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...