İcra başçısı vətəndaşları qəbul edib

İcra başçısı vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə təmin olunma, maddi yardım, həyətyanı torpaq sahəsi ilə təmin olunma, pay torpaq sahəsinin yerinin düzgün verilməməsi, Borsunlu kəndində quraşdırılan suvarma nasosunun elektrik energisi ilə təmin olunması, suvarma suyu ilə təminat, müalicə olunmaq üçün köməklik və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


İcra başçısı vətəndaşları qəbul edib
İcra başçısı vətəndaşları qəbul edib
İcra başçısı vətəndaşları qəbul edib
İcra başçısı vətəndaşları qəbul edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...