Azərbaycanda bir qurumun dörd idarəsi niyə ləğv edilib? - AÇIQLAMA

Azərbaycanda bir qurumun dörd idarəsi niyə ləğv edilib? -
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də struktur dəyişikliyi aparılıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, bəzi idarələr ləğv edilib:

“ASC-də struktur dəyişikliyi çərçivəsində büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması, müasir tələblər səviyyəsində çevik addımların atılması nəzərə alınmaqla “Meliorasiya-İrriqasiya Obyektlərinin qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət” İdarəsi və “Hidrogeoloji-Meliorativ Xidmət” İdarəsinin vəzifə və funksiyaları “Hidrogeoloji Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi”nə, “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları isə “Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutu”na həvalə olunub.

Ləğv olunan idarələrin işçiləri isə yeni yaradılan qurumlarda işlə təmin ediliblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...