"Lənətlənmiş VAR, "var-yox" penal vermədi, bizi uduzdurdular" - Aqil Abbas
""Qarabağ" məğlub olmadı. "Qarabağ"ı məğlub etdilər. Almanlardan yaxşı oynayırdı. İkinci taymda heç qoymadılar almanların ayağına top keçsin".
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas ötən gün Almaniyada baş tutan "Qarabağ"-"Frayburq" qarşılaşmasını şərh edərkən deyib.
"Yalandan penalti verdilər. Birincisi, oyunçu top onu keçəndən sonra yıxılmışdı. Əli dəyib. Orda penallıq bir iş yox idi. Hakim vərəqə göstərə bilərdi ki, əli dəyib. "Qarabağ"ın halal penaltisini vermədilər. Təkbətək vurub yıxdılar bizim futbolçunu. Amma lənətlənmiş VAR (video-köməkçi hakim-red), "var-yox" penal vermədi. Bizi VAR-la uduzdurdular. Hakimlər uduzdurdular. Oyunçumuzu vurub-yıxırlar, Allahın sarı vərəqəsini də vermir. Özü də harada yıxırlar? Cərimə meydançasına çatanda. Əllə oynayırlar. Biri var, əl təsadüfi dəyə, biri də əllə topu vurur, amma hakim yenə də sarı vərəqə vermir. "Qarabağ" lap yaxşı oynadı. Göstərdik ki, biz futbol oynaya bilirik. "Qarabağ" futbol oynaya bilir. Onlardan da yaxşı oyanır", - deputat bildirib.
503 dəfə oxundu