Sabah Əvəz Zeynallının apellyasiya şikayətinə baxılacaq
Sabah "Xural" televiziyasının rəhbəri Əvəz Zeynallının həbsi üzrə verilən apellyasiya şikayətinə baxılacaq.
Modern.az xəbər verir ki, bu barədə jurnalistin hüquqlarını müdafiə edən vəkil Aqil Layıc məlumat verib. Vəkilin sözlərinə görə, şikayətə sabah saat 11:00-də Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, bir neçə gün öncə "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev jurnalist Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. O, Ə.Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib. E. Fətullayev, həmçinin 20 min manatın Rasim Məmmədovun vəkili Elçin Sadıqov tərəfindən Ə.Zeynallıya çatdırıldığını iddia edib.
Ə.Zeynallı və E.Sadıqovun ofislərində axtarış aparılıb. Hər iki şəxs saxlanılaraq, barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsindən qərarın ləğv edilməsi və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi xahiş edilib.
438 dəfə oxundu