"Onlar qarşılarında güc gördükdə geri çəkilirlər" - Elxan Şahinoğlu

"Onlar qarşılarında güc gördükdə geri çəkilirlər" -


"Gözlənilən idi. Nə qədər ki, sülh sazişi imzalanmayıb, Azərbaycanla Ermənistan arasında toqquşmalar fasilələlərlə davam edəcək. Rəsmi Bakı xoş niyyət göstərərək, erməni diversantları Ermənistana iadə etdi. Ancaq İrəvan bu xoş niyyətə Kəlbəcərə və Laçına atəş açmaqla cavab verdi, axşamlar yollara yenə minalar döşədi. Azərbaycan yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracaq. Bu baxımdan imkan vermək olmaz ki, Laçın və Kəlbəcər atəş altında olsunlar" GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğıu açıqlama verib.

Şərhçi daha sonra qeyd edib ki, ona görə də Ermənistandan Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var idi. Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olurlar, İrəvan razılaşmaları daima pozur. Onlar qarşılarında güc gördükdə geri çəkilirlər. Demək biz daima bu alətdən qarşı tərəfin təxribatlarına qarşı istifadə etmək məcburiyyətindəyik. Bu zaman Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək. Ancaq zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir. Rusiya ordusu geri çəkilir, imicinə zərbə dəyib, dünyanın ikinci böyük ordusu məğlub duruma düşüb. Belə vəziyyətdə olan Rusiyanın Azərbaycana sərhəddə və Qarabağda qayda-qanun yaratmasını əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq.

FATEH



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...