KTMT Bakıda ali hərbi məktəbdən məzun olmuş generalı Ermənistana göndərir

KTMT Bakıda ali hərbi məktəbdən məzun olmuş generalı Ermənistana göndərir

Xəbər verdiyimiz kimi, dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün qurumun baş katibi general-leytenant Stanislav Zasın başçılığı ilə işçi qrupunun göndərilməsi barədə qərar qəbul olunub.

Yeniavaz.com xəbər verir ki, general-leytenant Stanislav Zas 1 yanvar 2020-ci ildən etibarən KTMT-nin baş katibi vəzifəsini icra edir.

Məlumat üçün bildirək ki, Stanislav Zas KTMT-yə Belarus tərəfindən göndərilib. Zas Belarus Təhlükəsizlik Şurasının dövlət katibi olub. 1964-cü ildə Ukraynda anadan olan Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandanlığı Məktəbini fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Ermənistan hökuməti KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu geri çağırdığı üçün KTMT-nin baş katibinin Stanislav Zas olacağı elan edilib. Lakin, Ermənistanın kəskin etirazlarından sonra Zasın bu vəzifəyə təyinatı 2 il gecikib.

Zas baş katib olduqdan sonra Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə bağlı dəfələrlə açıqlama verib. O öz açıqlamalarında bildirib ki, KTMT sərhəd gərginliyinə qarışmayacaq. Baş katib deyib ki, KTMT-nin potensialı yalnız üzv ölkələrdən biri təcavüzə, hücuma məruz qaldıqda istifadə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...