Şəhid Nəzər bu gün oğlunu I sinfə aparacaqdı...

Şəhid Nəzər bu gün oğlunu I sinfə aparacaqdı...
Bu gündən Azərbayanda yeni tədris ilinə start verilib.

Modern.az xəbər verir ki, bu il ilk dəfə məktəbə ayaq basan 152 minə yaxın şagirdin arasında Şəhid övladları da var. Onlardan biri Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin ötən gün şəhid olan giziri 31 yaşlı Nəzər Əzizovun oğlu Uğur Əzizovdur. Bu barədə məlumat paylaşan jurnalist Hafiz Əhmədov aşağıdakıları qeyd edib:

"Bu gün o da birinci sinfə getməli idi. Bilmirəm, getdimi, getmədimi? Kimsə kədərdən, yasdan vaxt tapıb onu əlindən tutub məktəbə apardımı, aparmadımı? Bilmirəm... Tək bildiyim budur ki, atası günlər öncə onu bazara aparıb məktəbli forması almışdı. Əynindəki bu ağ köynəyi də bu gün məktəbə geyinməli idi. Atası almışdı. Atası onu bərbərə aparıb saçlarını da düzəltdirmişdi. Bu gün atasının əlindən tutub məktəbə ilk addımını atacaqdı, birinci sinfə qədəm qoyacaqdı. Amma ötən gün atası ilə əbədi olaraq vidalaşdı. Atasını torpağa əmanət edən Uğur bala "Mən Nəzərin igid balasıyam. Mən atamla fəxr edirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...