İranda hicaba görə saxlanılan qızın ölməsi kütləvi etirazlara səbəb oldu - VİDEO
İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkənin qərbində etiraz aksiyası başlayıb.
Yeniavaz.com "The Guardian"a istinadən xəbər verir ki, polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
22 yaşlı qızın ölümünü İran rəsmiləri ürək problemləri ilə əlaqələndiriblər. Hadisə şahidlərinin sözlərinə görə isə qız əxlaq polisləri tərəfindən döyüldükdən sonra dünyasını dəyişib.
Məhsə Əmin ailəsi ilə birlikdə İranın qərbindəki Kürdüstan əyalətindən paytaxt Tehrana qohumlarını ziyarət etmək üçün səfər edərkən ölkənin qadın geyimi ilə bağlı qaydalarına əməl etmədiyi üçün həbs edilib. Şahidlər Məhsə Əminin polis mikroavtobusunda döyüldüyünü bildiriblər. Həbs olunduqdan bir neçə saat sonra M. Əminin ailəsinə onun xəstəxanaya aparıldığı barədə məlumat verilib. M. Əminin xəstəxana çarpayısında koma vəziyyətində başında sarğı və süni nəfəs borusu taxılmış fotoları sosial mediada yayılıb. Bundan sonra iranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq baş örtülərini çıxarıb havaya atıblar.
Qeyd edək ki, İranda hicabı çıxarmaq cinayət əməlidir.
471 dəfə oxundu