“Azərbaycan Ermənistanda 200 km² əraziyə nəzarət edir” - FOTOLAR

“Azərbaycan Ermənistanda 200 km² əraziyə nəzarət edir” -
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu Ermənistanın təxribatından sonra Ordumuzun keçirdiyi əməliyyat nəticəsində hər iki ölkənin sərhəddində baş verən dəyişikliklərlə bağlı xəritə yayımlayıb.
Yeniavaz.com xəbər verir ki, xəritədə 3 gün davam edən döyüşlər zamanı bəzi ərazilərin Azərbaycanın nəzarətinə keçdiyi göstərilir.
İnstitut bildirib ki, hər iki ölkənin rəsmi və qeyri-rəsmi mənbələrindən əldə etdikləri məlumata əsasən Azərbaycan Ermənistan ərazisində 200 kvadrat kilometr əraziyə fiziki olaraq nəzarət edir:
“Əsgərlər ordadır, postlar qurulub. 845 kvadrat kilometr birbaşa nəzarət zonasıdır və atıcı silahların hədəfidir. 2500 kvadrat kilometr ərazi isə vizual nəzarət altındadır və ağır silahların hədəf zonasıdır” – deyə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun məlumatında qeyd olunub.
Rəsmi qurumlardan İnstitutun yaydığı xəritələrə reaksiya verilməyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Təxribatların qarşısının alınması üçün ordumuz cavab tədbirləri görüb. Nəticədə bir sıra yüksəkliklər ələ keçirilib. Hər iki tərəfin itkiləri var. Azərbaycan 80, Ermənistan isə 105 hərbçisini itirdiyini açıqlayıb.
“Azərbaycan Ermənistanda 200 km² əraziyə nəzarət edir” -
“Azərbaycan Ermənistanda 200 km² əraziyə nəzarət edir” -
“Azərbaycan Ermənistanda 200 km² əraziyə nəzarət edir” -
“Azərbaycan Ermənistanda 200 km² əraziyə nəzarət edir” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...