Estoniyada ehtiyatda olan hərbçlərin toplanışları başlayıb

Estoniyada ehtiyatda olan hərbçlərin toplanışları başlayıb
Estoniyada 11-ci piyada batalyonunun və 16-cı hava hücumundan müdafiə batalyonunun ehtiyatda olan əsgərləri, həmçinin “Kaitseliit” (“Müdafiə İttifaqı”) hərbiləşdirilmiş polis dəstəsinin üzvləri “Okas 2022” əlavə hərbi təlimlərinə çağırılıb.

Manevrlər sentyabrın 22-dən 28-dək keçiriləcək.

Toplanış zamanı milli müdafiənin komandanlıq zənciri, hökumətin qərar qəbul etmə mexanizmindən tutmuş təyinat məntəqələrində ehtiyatda olan hərbçilərin toplanmasına qədər bütün prosedurlar işlənəcək.

Hökumətin mətbuat xidməti qeyd edib ki, respublikanın təhlükəsizliyinə birbaşa təhlükə yoxdur. Bununla belə, ordu hər an hazır olmalıdır.

Mənbə: mk.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...