Türkiyə Prezidenti: "Dağılmış şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır"

Türkiyə Prezidenti: "Dağılmış şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır"
"Dağılmış olan şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır".

Gundeminfo.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

"Bütün təmir-bərpa işləri ilə yenidən Azərbaycan inşa edilir. Hazırda bunları yaşayırıq və eşidərək deyil, görərək bu ifadələri istifadə edirik. Başda İlham Əliyev olmaqla bütün heyətin əl-ələ verərək atdıqları addımlar, gördükələri işlərlə, bu qədər qısa müddətdə Azərbaycan sanki küllərindən doğaraq yenidən ayağa qalxır", - Ərdoğan bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...