Mustafa Şəntop: “Türkiyə Krımın ilhaqını tanımayacaq”

Mustafa Şəntop: “Türkiyə Krımın ilhaqını tanımayacaq”
“Türkiyə Krımın ilhaqını tanımayacaq”.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.

Onun sözlərinə görə, Türkiyə Ukraynaya və Krım türklərinə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyənin Krımın qanunsuz işğalını tanımayacağını bildirmişdi.

Xatırladaq ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...