Qaradağda YAP-ın 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Qaradağda YAP-ın 30 illiyinə həsr olunmuş tədbir keçirilib
2022-ci il oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgisinə musiqi sədaları altında baxış keçirilib. Tədbirin başlanğıcında Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək qonaqları salamlayıb və 1990-92-ci illərdə Naxçıvan Muxtar Respublikasında mövcud olan ağır ictimai-siyasi şəraitdən danışaraq partiyanın yaranmasını Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artacağını qeyd edib.
Sonra söz Milli Məclisin deputatı, komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimova verilib. O öz çıxışında ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 30 il müddətində çox zəngin və şərəfli bir inkişaf yolu keçdiyini qeyd edib və tarixi faktlar və hadisələrin canlı iştirakçısı kimi konfrans iştirakçılarını Naxçıvanda 1992-ci ilin noyabrında YAP-ın yaranması gedişatı ilə məlumatlandırıb. O YAP yarandığı gündən Azərbaycanın güclü və mütəşəkkil siyasi qüvvəsi olaraq xalqımızın milli maraqlarının ifadəçisi olduğunu bildirib.
Milli Məclisin deputatı Aydın Hüseynov öz çıxışında 1992-93-cü illərdə YAP-ın Bakı şəhərində və Qaradağ rayonunda təşkilatlanması barədə danışaraq həmin dövrdə xalqımızın ən fəal və mübariz üzvlərinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd etdi.
Milli Məclisin deputatı Səbinə Xasayeva öz çıxışında YAP-ın yaranmasını xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu qeyd etdi. O, bu gün YAP sıralarında ölkəmizin 300 minə qədər qabaqcıl gənclərini öz ətrafında topladığını və yetkin bir siyasi qüvvə olduğunu bildirdi.
Vətən Müharibəsinin şəhidi İsmayılzadə Səməndərin anası Fəridə xanım İsmayılova öz çıxışında YAP üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində fəal iştirak etdiyinin, vətənpərvər və əqidəli insanlar olduğunu qeyd edib.
Vətən müharibəsi şəhidi Kəlbiyev Şaiqin atası Kəlbiyev Namiq çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və onun uğurlu siyasi fəaliyyətinin nəticəsindən yaranan 44 günlük İkinci Qarabağ- Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə xalqımızın yaddaşında əbədi qalacaqdır. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub.
Vətən müharibəsinin iştirakçısı, qazi Elxan Məmmədov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında əldə olunan uğurlar barədə danışıb və Heydər Əliyev ideyalarını rəhbər tutan Azərbaycanın müstəqilliyinin əbədi olacağını vurğulayıb.
Digər çıxışçı 180 saylı məktəbin direktoru Atakişi Cəfərov çıxış edərək bildirdi ki, o zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycan xalqının ümidi Naxçıvan Muxtar Respublikasında yaşayan, Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində işləyən müdrik dövlət xadimi, Heydər Əliyevə idi. Ona görə də ölkəmizin ən qabaqcıl ziyalıları birləşərək Naxçıvana gedib Yeni Azərbaycan Partiyasını orada yaratdılar.
Qaradağ rayon Lökbatan qəsəbəsi 288 saylı orta məktəbin direktoru Taleh Quliyev Heydər Əliyev ideyaları əsasında qurulmuş partiyanın hakimiyyətdə olduğu dövrdə elm, təhsil və səhiyyə sahəsində əldə olunmuş uğurlardan danbışıb.
İş adamı Əbülfət Qocayev Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın prezidenti İlham Əliyevin rəhbərliyi altında iş adamlarına və sahibkarlara göstərilən qayğı və diqqətdən söz açıb. O 44 Günlük İkinci Qarabağ Müharibəsində əldə olunan qələbəni Azərbaycan tarixinin qızıl səhifəsi adlandırıb.
Tədbirin yekununda söz “91-lərin” ən gənc üzvlərindən biri olmuş, hazırda Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramova verilib. O öz çıxışında 1992-ci ilin ağır günlərində bir qrup ziyalılarla Naxçıvan şəhərinə getmələrindən və orada Heydər Əliyevlə görüşərək partiyanın yaranması ilə bağlı aparılan məsləhətləşmələr barədə tədbir iştirakçılarına məlumat verib və həmin dövrə aid öz xatirələrini danışıb.
Sonda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev konfransın işinə yekun vuraraq bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşını Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməyə və xalqın, Vətənin mənafeyi naminə səy göstərməyə çağırdı.
Sonra partiyanın yaranması, təşkilatlanması və Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edildi və partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olundu.
Qaradağda YAP-ın 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Qaradağda YAP-ın 30 illiyinə həsr olunmuş tədbir keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...