“74 yaşlı direktor məktəbi şəxsi obyektinə çevirib” – ŞİKAYƏT

“74 yaşlı direktor məktəbi şəxsi obyektinə çevirib” –
Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyasında direktor işləyən 74 yaşlı Mənsur Ağayev məktəbi özünün şəxsi obyektinə çevirib.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, adıçəkilən direktor müəllimlərin dərs bölgüsünü diaqnostik qiymətləndirmə balı ilə deyil, özünün şəxsi maraqları əsasında aparıb.

Şikayətçi şəxs bildirib ki, məsələ barəsində Elm və Təhsil Nazirliyinə dəfələrlə edilən müraciətlər cavabsız qalıb:

“Məktəbdə özbaşınalıq baş alıb gedir, belə görünür ki, direktorun bu hərəkətlərini ya nazirlik görmür, ya da kimlərsə onu himayə edir. Əgər belə olmasaydı, dəfələrlə Elm və Təhsi Nazirliyinə edilən şikayətlər cavabsız qalmazdı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...