Ermənistan Qarabağdakı ermənilər üçün 360 milyon dollar ayırır

  Ermənistan Qarabağdakı ermənilər üçün 360 milyon dollar ayırır
Ermənistanın 2023-cü il büdcəsində Qarabağdakı ermənilərin maliyyələşdirilməsi 144 milyard dram (təxminən 360 milyon ABŞ dolları - red.) həcmində nəzərdə tutulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan məlumat verib.

“Bu ilin əvvəlinə maliyyələşmə 144 milyard dram olub, yəni gələn il də maliyyələşmədə heç bir dəyişiklik olmayacaq. Hökumətin əvvəlki iclasında biz 144 milyard dramı daha 20 milyard dram artırmaq qərarına gəldik. Bu o deməkdir ki, gələn il Ermənistan hökumətinin dəstəyini tələb edən məsələlər yaranarsa, onlar müzakirə olunacaq və müvafiq həll yolları tapılacaq”, - Tiqran Xaçatryan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsində qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...