Sabiq icra başçısının qızı dövlət qurumunu məhkəməyə verdi - DETALLAR

Sabiq icra başçısının qızı dövlət qurumunu məhkəməyə verdi -
Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın qızı dövlət qurumunu məhkəməyə verib.

GUNDEMİNFO.AZ Ölkə.Az-a istinadən xəbər verir ki, Gülməmmədova Vüsalə Yolçu qızı “Azərsu” ASC ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Emin Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə işinin mahiyyəti maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdir.

Qeyd edək ki, İradə Gülməmmədova 2022-ci il yanvarın 19-da Abşeron rayonunun icra başçısı vəzifəsindən azad olunub.

Onun qızı V. Gülməmmədovanın bir sıra şirkətlərə rəhbərlik etdiyi bildirilir. Belə ki, onlardan biri V. Gülməmmədovanın qanuni təmsilçisi olduğu “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” MMC-dir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...