Putin Ərdoğana taxıl sazişinin bərpası şərtlərini açıqladı

Putin Ərdoğana taxıl sazişinin bərpası şərtlərini açıqladı
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında taxıl müqaviləsi ətrafında vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com “Tass”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, iki ölkə prezidentinin telefon danışığında Qara dəniz limanlarından taxıl ixracına dair Türkiyə tərəfinin iştirakı ilə əldə edilmiş razılaşmaların icrası ilə bağlı mövcud vəziyyət ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Putin həmkarına Rusiyanın taxıl müqaviləsində iştirakını niyə dayandırdığı barədə məlumat verib.
Putin Ərdoğana deyib ki, Ukrayna humanitar dəhlizindən Sevastopolda Rusiyanın Qara dəniz donanmasının infrastrukturuna və gəmilərinə zərbələr endirmək üçün istifadə edib.
Putin Rusiyanın bu təşəbbüsdə iştirakının bərpası şərtləri barədə məlumat verib:
"Bu hadisənin baş vermə şəraiti ilə bağlı ətraflı araşdırma aparmaq, həmçinin Kiyevdən İstanbul razılaşmalarına ciddi əməl olunmasına, xüsusən də humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadə olunmamasına dair real təminat aldıqdan sonra taxıl dəhlizinin yenidən açılması ilə bağlı işlərin bərpasına baxmaq mümkün olacaq”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsi iyul ayında Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanıb. Noyabrın 19-da başa çatmalı olan müqavilə taxılın təhlükəsiz daşınmasını təmin etmək məqsədini daşıyır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...