Ermənilər Kəlbəcərdə bankomatdan 20 min dollar oğurladılar

Ermənilər Kəlbəcərdə bankomatdan 20 min dollar oğurladılar
2022-ci il oktyabrın 16-da bir neçə erməni Kəlbəcər rayonununun Həsənriz kəndinin qanunsuz icma binasına daxil olub oradakı bankomatın əskinas xəzinəsini elektrik mişarıyla kəsərək pulları ələ keçiriblər.

Hafta.az xəbər verir ki, Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən "Artsaxbank"a məxsus bankomatdan oğurlanan əskinaslar 7 milyon 951 min erməni dramı, yaxud 19 min ABŞ dollarına yaxın məbləğdə olub.

Xankəndindəki qondarma “prokurorluq” oğurluğu törədənlərdən iki nəfərin həbs edilməsi haqda məlumat yayıb.

Xatırladaq ki, 1991-ci ilədək keçmiş Mardakert rayonuna daxil olan və “Aterk” adlanmış Həsənriz kəndi 1992-ci ildən Azərbaycan hökumətinin müvafiq qərarıyla Kəlbəcər rayonunun tərkibinə daxil edilib. Hazırda kənddə Rusiya “sülhməramlı”larının himayəsi altında hayklar məskunlaşıb...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...