"Prezident devalvasiyadan sonra yaranmış vəziyyətdən çıxış yollarını dəqiq göstərdi"

"Prezident devalvasiyadan sonra yaranmış vəziyyətdən çıxış yollarını dəqiq göstərdi"


"Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı Azərbaycanda manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən çıxış yollarını dəqiq göstərdi". Bunu Trend-ə Milli Məclisin deputatı Əli Məsimli deyib.a

Onun sözlərinə görə, təbiidir ki, əhali devalvasiyadan əziyyət çəkir: “Ona görə də əhaliyə dövlət tərəfindən dəstək göstərilməlidir. Bu dəstəyin və ya bu vəziyyətdən çıxış yollarını isə cənab Prezident öz çıxışında göstərdi”.

Ə.Məsimli bildirib ki, korrupsiyaya, rüşvətxorluğa, inhisarçılığa qarşı ciddi sistemli və radikal islahatlar aparılmalıdır: “Ümumilikdə, cəmiyyət həyatının bütün sahələrində islahatlar getməli, şəffaflıq artırılmalı, ictimai nəzarət gücləndirilməli, əhalinin bu vəziyyətindən sui-istifadə etmək istəyənlər isə ciddi şəkildə cəzalandırılmalıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində çıxışı zaman qeyd edib ki, bundan sonra iqtisadi liberallaşma siyasəti daha ciddi şəkildə aparılmalıdır: "Xüsusilə inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm də yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...