MİQ imtahanında respublika birincisi olan müəllim işsiz qalıb - Video

  MİQ imtahanında respublika birincisi olan müəllim işsiz qalıb -

Müəllimlərin işə qəbulu imtahanında (MİQ) 92 bal toplayaraq rus bölməsində Azərbaycan dilinin tədrisi üzrə respublika birincisi olan müəllim Nərmin Şamxalova işsiz qalıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, o, bu barədə “Xəzər Xəbər”ə danışıb.


N.Şamxalova deyib ki, o, bu tədris ilinə qədər Şamaxıda şəhər məktəblərinin birində müəllim işləyib. Yaşayış yerini dəyişdiyi üçün bu il MİQ imtahanında yüksək nəticə toplayaraq Bakıdakı 160 saylı gimnaziyaya qəbul olub. Buna baxmayaraq, artıq iki aydır qəbul olduğu Gimnaziya onunla əmək müqaviləsi bağlamır.

Müəllimin sözlərinə görə, vakansiyaya əsasən 160 saylı Gimnaziyada ona ən azı 18 saat dərs verilməli idi. Gimnaziyaya qəbul olduğu üçün əvvəl işlədiyi Şamaxı şəhər məktəbindəki işindən də ayrılan müəllim 2 aydır ki, heç bir yerdən əməkhaqqı almadığını deyib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, problem ciddi araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...