İcra başçısı Lökbatanda səyyar qəbul keçirdi
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbə sakinləri ilə səyyar görüş keçirmişdir.
GUNDEMİNFO.AZ-a İcra Hakimiyyətindən verilən məlumata görə, qəbulda Lökbatan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 150-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinləmişdir. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.
431 dəfə oxundu