Azərbaycanda koronavirusdan daha bir nəfər öldü

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü
Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına dörd yeni yoluxma faktı qeydə alınıb, üç nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNDEMINFO.AZ-A verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 573 nəfər müalicə olunaraq sağalıb, 9 964 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.

Ölkədə son sutka ərzində 752, hazırkı dövrədək isə 7 345 149 test aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...