İranda 4 nəfər edam olunub

İranda 4 nəfər edam olunub
İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidandakı həbsxanada bəluc əsilli yerli sakinlər İmambəxş Narui, Möhsün Anşini, Vəli Rudini və adı hələ açıqlanmayan daha bir nəfər Şiraz şəhərinin Adilabad zindanında edam ediliblər.

“Report” “GünAzTV”yə istinadən xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, onlar narkotik maddələrin qanunsuz dövriyəsində ittiham edilərək edam olunublar.

İranda məhkəmələrin fəaliyyətində şəffaflıq təmin olunmadığı üçün ictimaiyyət edam qərarlarının ədalətliliyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...