Arzu Nağıyev: “Türkiyənin Ermənistanın başsağlığını rədd edəcəyi inandırıcı görünmür”
“Ermənistanın terrorla bağlı Türkiyəyə başsağlığı verməsi protokola uyğun bir məsələdir. Ermənistanın sərhədin açılmasına ehtiyacı olduğu üçün Türkiyəyə başsağlığı verib. Söhbət səmimiyyətdən və ya qeyri-səmimiyyətdən getmir. Ermənistan protokola uyğun hərəkət edir, çünki başqa çıxış yolları yoxdur. Başsağlığı verməsələr, yaxud digər addımlar atsalar, özlərini də özlərindən şübhələndirmiş olarlar. Bu, bir siyasi gedişdir. Ona görə də bu addımı atdılar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, ASALA terror təşkilatı özü-özünü büruzə vermək, varlığını göstərmək üçün guya Türkiyədəki terrorda əli varmış kimi dəsti-xətt tutdu: “ASALA yaranmış fürsətdən istifadə edərək, mövcudluğunu ortaya qoymağa çalışdı. Bunu demək istəyirdilər: “erməni terroru, təbii ki, bitməyib, lazım olan anda işə düşə bilər”. Ona görə də ermənilərin səmimiliklərinə sona qədər inanmaq mümkün deyil. Çünki biz Qarabağda da terror hadisələrini gördük”.
A.Nağıyev Türkiyənin ABŞ-ın başsağlını rədd etməsinə də münasibət bildirib: “Düşünürəm, burada ABŞ-da yerləşən FETÖ rəhbərliyindən söhbət gedir. Fətullah Gülən ABŞ-dadır, onların çətiri altındadır, Türkiyə başsağlığıdan imtina etməklə bunu nəzərdə tutur. Yəni terrorçuların rəhbərini orda saxlayırsınızsa, bizə necə başsağlığı verə bilərsiniz? Bütün bunlar siyasi gedişlərdir. Türkiyənin Ermənistanın başsağlığını rədd edəcəyi inandırıcı görünmür. Çünki müharibədən sonra Türkiyə və Ermənistan arasındakı soyuqluq son vaxtlar müəyyən qədər aradan qalxmaq üzrədir. Hətta 6-lıq platformasında da onların iştirakından söhbət gedirdi”.
627 dəfə oxundu