Tokayevin andiçmə mərasimi noyabrın 26-da olacaq

Tokayevin andiçmə mərasimi noyabrın 26-da olacaq

Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-da keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Ölkədə noyabrın 20-də keçirilən sayca yeddinci prezident seçkilərinin nəticələrinə görə, Kasım-Jomart Tokayev 6 milyon 456 min 392 səs və ya ümumi səslərin 81,31 %-ni səs toplayıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində seçici fəallığının 69,44 % təşkil etdiyini açıqlayıb. Ölkədə 11 milyon 953 min vətəndaşın səsvermə hüququ var ki, onlardan 8 milyon 300 min 46 nəfəri bu hüququndan istifadə edib.

Məlumata görə, Jiquli Dayrabayev 3,33 % (271 641 səs), Meyram Kajıken - 2,53 % (200 907), Karakat Abden - 2,61 % (206 206), Saltanat Tursınbekova - 2,12% (168 231), Nurlan Auesbayev 2,22 % (176.116) səs toplayıb. Seçicilərin 5,8 %-i “hamıya qarşı” xanasını (460 484 nəfər) işarə edib.

Seçki günü ümumilikdə 10101 seçki məntəqəsi, o cümlədən 53 xarici ölkədə 68 seçki məntəqəsi fəaliyyət göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...